Avropa İttifaqı Navalnının həbsi ilə bağlı Rusiyaya sanksiya tətbiq edib
01.03.2021

Avropa İttifaqının daimi nümayəndələri müxalifətçi bloqer Aleksey Navalnının həbsi ilə əlaqadar Rusiyaya qarşı sanksiya tətbiqi barədə razılığa gəliblər.

Azpost.info “Radio Svoboda”ya istinadən bildirir ki, Moskvaya qarşı ilk dəfə olaraq insan haqlarının pozulması ilə bağlı xüsusi mexanizmdən istifadə olunacaq.

Sanksiyaya 4 nəfərin adı daxil edilib. Brüsselin məlumatına görə, bu şəxslərin adı müxalifətçi bloqer Aleksey Navalnının təqib olunmasında keçir.

Siyahı martın 2-də Avropa İttifaqının Rəsmi jurnalında dərc olunacaq.

Sanksiyaya səbəb Aleksey Navalnının həbs olunmasıdır.

“Röyter”in məlumatına görə, siyahıda Rusiya penitensiar sisteminin rəhbəri Aleksandr Bastrıkinin, “Rosqvardiya”nın direktoru Viktor Zolotovun, Baş prokuror İqor Krasnovun və Statistika Komitəsinin direktoru Aleksandr Kalaşnikovun adları daxil edilə bilər.

Visiontv.az