AVRO-2021: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb
08.02.2020

Voleybol üzrə AVRO-2021-in seçmə mərhələsinin təqvimi açıqlanıb.

Visiontv.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Fərid Cəlalovun rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarının ardıcıllığı və ilkin tarixləri bəlli olub.

F qrupunda mübarizə aparacaq millimiz ilk matçını evdə Monteneqroya qarşı keçirəcək. Ardınca komandamızı Gürcüstan və Yunanıstana səfərlər gözləyir.