Ata oğlunun qatilini hər kəsin gözü qabağında öldürdü
20.07.2020

Ukraynanın Çernovts şəhərində azərbaycanlı kişi oğlunun qatilini öldürüb.

Visiontv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qətl küçənin ortasında hər kəsin gözü qarşısında baş verib.

Hadisə anbaan videomüşahidə kameralarına düşüb. Videogörüntüləri izlədikdə telefonla danışan bir şəxsə başqa bir şəxsin yaxınlaşaraq atəş açdığını görürük. Yaralı onun bir addımlığında dayanan şəxsi yumruqlamağa başlayır. Əlbəyaxa davada hər ikisi yerə yıxılır və yerdə süpürləşirlər. Əli silahlı kişi çox çətinliklə olsa da yenidə düşməninə atə. açır. Yaralı nərdivanın üstünə yıxılır, hadisəni törədən isə qaçaraq uzaqlaşır.

Polis əməkdaşları hadisə yerinə gələrkən 58 yaşlı kişinin baş nahiyəsindən aldığı atəş nəticəsində öldüyünü müəyyənləşdirib.

Qətldə şübhəli bilinən şəxsi bir neçə dəqiqə ərzində müəyyənləşdirmək mümkün olub. Məlum olub ki, bu, Ukraynada yaşayan 54 yaşlı Azərbaycan vətəndaşıdır. O, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Ukrayna mətbuatının yazdığına görə, bu hadisə sıradan bir qətl deyil, qisasdır. Guya, 54 yaşlı şəxs digərinin atasını öldürüb, o da öz növbəsində ötən il onun oğlunu qətlə yetirib. Lakin bu versiyanı polis bölməsində nə təsdiq, nə də təkzib ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

BAKU.WS