Astaraçay üzərində körpünün təməli qoyulub
25.01.2022

Bu gün Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

Visiontv.az xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi, həmçinin Azərbaycan və İran nümayəndə heyətlərinin digər təmsilçilərinin iştirak ediblər.

Məlumata görə, daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.