Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammiti başlayıb
29.06.2022

Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammiti öz işinə başlayıb.

Visiontv.az xəbər verir ki, Sammitdə Xəzər “beşliyi”nin liderləri - Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti İbrahim Rəisi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin iştirak edir.

Dövlət başçıları Xəzəryanı ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Eyni zamanda, liderlər qarşılıqlı maraq doğuran beynəlxalq və regional gündəliyin aktual problemləri barəsində fikir mübadiləsi aparacaq.

VI Sammit çərçivəsində Xəzəryanı dövlət başçılarının ikitərəfli danışıqları da nəzərdə tutulub.

APA