ASA üzvləri Fəxri xiyabanı ziyarət etdi
10.05.2021

Mayın 10-u müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günüdür. Bununla əlaqədar olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra ASA üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.