“Arvadımı Bred Pittlə yataqda tutdum” - Mayk Tayson
14.06.2019

Boks üzrə dünya çempionu Mayk Tayson maraqlı etirafı ilə gündəmə gəlib.

“VisionYV.az” “Sovetskiy sport”a istinadən xəbər verir ki, əfsanəvi döyüşçü arvadı Robin Givensi məşhur aktyor Bred Pittlə yataqda tutduğunu bildirib.

O, bu barədə “Mübahisəsiz həqiqət” adlı avtobioqrafiyasında yazıb. Taysonun sözlərinə görə, bu, 80-ci illərin sonlarında baş verib. Həmin vaxt Bred Pitt qorxudan əsib və onu döyməməyi üçün boksçuya yalvarıb.

Tayson bu hadisədən sonra evliliyini qorumağa çalışsa da, arvadı ona xəyanət etməyi dayandırmayıb və bunun nəticəsi kimi cütlük boşanıb.