"Artsax müdafiə ordusu" faktiki olaraq Azərbaycana qarşı hazırlanır - Məhəmməd Əsədullazadə
23.02.2021

Ermənistanı müdafiə naziri Vaqarşak Arutunyan həm Ermənistan ordusunun, həm də"Artsax müdafiə ordusnun" gücləndirilməsi barədə açıqlama verib. Xüsusilə erməni müdafiə nazirinin Azərbaycan ərazisində " Artasax müdafiə ordusunun " yenidən gücləndirlməsi istiqamətində açıqlaması reallığı əks etdirir və Azərbaycan qəti addımlar atmalıdır.

Göründyü kimi Ermənistan tərəfi faktiki olaraq bu məsələdən geri çəkilmir. " Artsax müdafiə ordusu" adında silahlı birləşmələr faktiki olaraq Azərbaycana qarşı növbəti hərbi əməliyyatlar üçün hazırlanır.

Azərbaycan iqtidarı Rusiyanın məsuliyyət zonasında ermənilərin separatçı fəaliyyətinin qarşısını alınması üçün ciddi tədbirlər görməlidir. Arayik Arutunyan, Vitali Balasanyan bu istiqmətdə ciddi fəaliyyət göstərirlər və birabaşa Kremlin planı ilə hərəkət edirlər.

10 noyabr  atəşkəs Bəyannaməsində Rusiya tərəfi silahl erməni birləşmələrinin çıxarılması üçün öhdəlik götürüb. Bu öhdəlik yerinə yetirilmir və Ermənistan müdafiə naziri burada silahlı erməni birləşmələrinin gücləndirlməsi istiqamətində açıqlamlar verərək, konkret fəaliyyətə keçirlər. Azərbaycan və Türkiyə Rusiyadan məlum Bəyannamənin 4-cü bəndində əməl edilməsini tələb etməsə, biz silahlı erməni birləşmələrinin güclü şəkildə silahıanmasının şahidi olacağıq. Artıq, deafakto separtçılar " bayraqlarını" dalğalandırır və onlar Azərbaycanın suverenliyini qəbul etməyəcəklər. Bundan əlavə, bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq.

Artıq Qarabağ separatçılarına ciddi təzyiqlər etmək lazımdır. Rusiya ilə konkret şəkildə bu məsələnin həlli tələb edilməlidir. Regionda siyasi nizam Azərbaycanın leyhinə cavab verir. Və buradakı erməni separatçılar Rusiyanın dəstəyi ilə vəziyyəti gərginləşdirməklə istədikləri nəticəni əldə edə bilməyəcəklər. Azərbaycan Xocalı və ətraf əraziləri əməliyyat keçirməklə nəzarətə almalıdır. Çünki, bu hərbi əməliyyatlar Azərbaycanın hüquqdur.
Bu gün konkret olaraq Azərbaycana qarşı Qarabağda separatizmi Rusiya körükləyir və bu 10 noyabr razılaşmalasına ziddir.

Visiontv.az