Arayik Arutyunyan mülki ermənilərin Qarabağdan çıxışının qarşısını almaq üçün göstəriş verib
15.10.2020

Qondarma rejimin başçısı Arayik Arutyunyan Dağlıq Qarabağda qalan mülki ermənilərin çıxışının qarşısını almaq üçün göstəriş verib.

Visiontv.az xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.

Göstəriş mülki əhaliyə də şamil olunur. Bundan sonra Dağlıq Qarabağı tərk edənlər müharibə qanunları ilə sərt cəzalandırılacaq. Yalnız xüsusi icazə kağızı olanların Qarabağı tərk etmələrinə icazə verilir.

Cinayətkar separatçı rejim bununla mülki əhali arasında daha çox tələfatın olmasına çalışır.