Arayik Arutunyan və onun komandası Yerevandan narazı qayıdıblar
Arayik Arutunyan və onun komandası Yerevandan narazı qayıdıblar
30.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Arayik Arutunyan və onun komandası Yerevandan narazı qayıdıblar

Ötən gün Paşinyan Qarabağ separatçılarının lideri Arayik Arutunyan və onunla gələnləri qəbul edib. N. Paşinyanın A. Arutunyanı qəbul etməsi əsasən Azərbaycanla sülh müqaviləsinin bağlanmasına və onların separatçı iddialarından geri çəkilməsini başa salmağa hesablanıb.

Arayik Arutunyan və onun komandası narazı halda Yerevandan qayıdıblar. Separatçılar öz ampulasindadilar. Ermənistan hakimiyyəti onları müdafiə etməyəcəyini, Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsinin bağlanmasına gedəcəyini qeyd edib. N. Paşinyan yaxşı bilir ki, separatçılara hami olarsa, Azərbaycanla sülh olmayacaq. 
Dünən də prezident İlham Əliyev bu kontekstdə Ermənistana ciddi mesaj verdi. Yerevan tərəfi reallıqlari qəbul etmək məcburiyyətindədir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az