ARAŞDIRMAÇILAR: "Facebook" rəqəmsal məzarlığa çevriləcək
01.05.2019

Dünyada hər gün 8 min sosial şəbəkə istifadəçisi ölür

 Böyük Britaniyanın Oksford Universitetində həyata keçirilən bir araşdırma zamanı məlum olub ki, 50 ilə "Facebook"da ölü istifadəçilərin sayı yaşayan istifadəçilərin sayından çox olacaq.

 Xarici mətbuata istinadla xəbər verilir ki, araşdırmaya görə, ölən istifadəçilərin sayı sürətlə artır. 2004-cü ildə yaradılan və bu günə qədər 2 milyard istifadəçisi olan sosial şəbəkənin 2012-ci ildə 30 milyon ölmüş istifadəçisi var idi.

Dünyada hər gün 8 min sosial şəbəkə istifadəçisi ölür. "Facebook"un 2018-ci il məlumatlarına istinadla aparılan araşdırmaya əsasən, yüzilliyin sonuna qədər şəbəkənin ölü istifadəçilərinin sayı 4,9 milyard ola bilər.

2018-ci ildən istifadəçi sayı artmayacağı təqdirdə isə ölmüş istifadəçi sayı ən az 1,4 milyard olacaq. Araşdırmaçılar zamanla "Facebook"un rəqəmsal məzarlığa çevriləcəyini ehtimal edirlər.