Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17.04.2019

Hər il aprelin 17-si Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü keçirilir

 

Hər il aprelin 17-si Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü keçirilir. Həmin tarixin seçilməsi təsadüf olmayıb, Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır.

 

Visiontv.az  xəbər verir ki, həmin günün qeyd olunmasının məqsədi hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.

Qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliya X xromosomunda cəmi bir genin konfiqurasiyasının dəyişməsi nəticəsində yaranır. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə özünü göstərir.

Statistikaya görə dünyada hal-hazırda  hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.

Müalicəsi ağır olan hemofiliya xəstələri qədər dərman vasitələri ilə təmin ediləndə normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola  bilirlər. Əks halda xəstəlik əleyhinə preparatların yetərli qədər olmaması ilk növbədə hemofiliyadan əzab çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb ola bilər.

Hazırda respublikamızda 1 621 hemofiliyalı xəstə qeydiyyatdan keçib. Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölümün sayı azalır.

Qeyd edək ki, hemofiliya ilə baölı olkəmizdə tez- tez elmi-praktik seminarlar, tədbirlər keçirilir. Qan xəstəliyindən əziyyət çəkənlərin tam dövlət qayğısı ilə əhatə olunduğu hemofiliya xəstələrinin “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”  üzrə müalicələri və müayinələri aparılır.