Almaniyada məscidə "BOYALI HÜCUM"
Almaniyada məscidə "BOYALI HÜCUM"
20.05.2022 MEDİA Tərəfindən

Almaniyanın Hessen şəhərində Avropa Türk-İslam Birliyinin (ATİB) nəzdində fəaliyyət göstərən "Əhməd Yəsəvi" məscidinin divarları naməlum şəxslər tərəfindən qara boyayla boyanlb.

Visiontv.az "İxlas" xəbər agentliyinə istinadən xəbər verir ki, səhər saatlarında məscidin divarlarının rəngləndiyini görən məscid rəsmiləri təhlükəsizlik kameralarına baxış keçirdikdən sonra görüntüləri polisə təhvil verib.

Hadisəni törədənlərin tutulmasını istəyən Türkiyə vətəndaşları terror təşkilatı PKK-nın əvvəllər də Kassel şəhərində məscidlərə və türk təşkilatlarına hücum etdiyini bildirərək, hücumların bitməsini istədiklərini bildiriblər.

İlahə Əliyeva