Məşhur Almaniya qəzeti Frankfurter Allgemeine Urmu gölündəki ekoloji fəlakət barədə geniş reportaj dərc edərək, bu su hövzəsinin sürətlə qurumasının ağır insani nəticələrini gündəmə gətirib.
Reportaj güneyli sənədli film rejissoru Məhəmməd Əlimuradinin müşahidələri ilə başlayır. O, göl ətrafında duz qasırğalarının nəfəs yolları və xərçəng xəstəlikləri ilə əlaqəsi barədə narahatlığını ifadə edib və son 15 ildə çəkdiyi kəndlərdən birində 13 nəfərin xərçəngdən öldüyünü bildirib.
Əlimuradi Alman mediasına müsahibəsində bu əlaqənin elmi cəhətdən təsdiqlənmədiyini, lakin Aral dənizi təcrübəsində oxşar nümunələrin müşahidə olunduğunu qeyd edib. O, İran hakimiyyətinin artan xəstəliklərlə bağlı məlumatları gizlətdiyini vurğulayıb.
Qəzet yazır ki, Urmu gölünün yox olması təkcə iqlim dəyişikliyi deyil, həm də insanın yaratdığı fəlakətdir.
visiontv.az