Akar Reznikovla telefonla danışıb
Akar Reznikovla telefonla danışıb
16.08.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla telefonla danışıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ukraynadakı son vəziyyət və taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tez bir zamanda atəşkəsin elanına ehtiyac olduğunu söyləyən Akar, Türkiyənin sülhün bərqərar olması və Ukraynaya humanitar yardım məsələlərində bu günə qədər olduğu kimi bundan sonra da əlindən gələni etməyə davam edəcəyini vurğulayıb.

Bundan əlavə, taxıl daşınması sahəsindəki irəliləyişlərdən və Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq çərçivəsində görülən işlərdən məmnunluq ifadə olunub.

İlahə Əliyeva