AK Partiya üzvü Numan Kurtulmuş namizədlik ərizəsini TBMM rəhbərliyinə təqdim edib
AK Partiya üzvü Numan Kurtulmuş namizədlik ərizəsini TBMM rəhbərliyinə təqdim edib
06.06.2023 MEDİA Tərəfindən

AK Partiya sədr müavini və İstanbul millət vəkili Numan Kurtulmuş namizədlik ərizəsini Türkiyə Böyük Millət Məclisi (TBMM) rəhbərliyinə təqdim edib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, TBMM Baş Katibliyinə gələn Kurtulmuş, ərizəsini TBMM baş katibi Mehmet Əli Kumbuzoğluna təqdim edib. 

Müraciətdən sonra jurnalistlərə açıqlama verən Kurtulmuş, dünən də AK Partiya və MHP qrupunun, onun namizədliyini irəli sürdüyünü xatırladıb. 

Prosedurun tamamlanması üçün bu gün şəxsi ərizəsini təqdim etdiyini bildirən Kurtulmuş, "Bundan sonra söz TBMM-də çox dəyərli 600 millət vəkilinindir. Məclisdə səsvermə nəticəsində TBMM yeni sədrini seçəcək” deyə qeyd edib.

Kurtulmuş, Türkiyə Əsri vizyonu çərçivəsində Məclisi mühüm gündəmlərin gözlədiyini vurğulayıb.

İlahə Əliyeva