AİKTSA "E-qanun" mobil tətbiq versiyasının təqdimatında iştirak edib
09.09.2022

Bu gün Bakıda Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə milli qanunvericilik bazası "E-qanun" mobil tətbiq versiyasının təqdimatı keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Ombudsman Aparatının, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının məsul şəxsləri, Milli Məclisin deputatları,  “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA)  o cümlədən sahibkarlar və bank sektorunun təmsilçiləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və hüquqşünas tələbələr, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki “E-qanun” mobil tətbiqin içracı "Crocusoft" MMC şirkətidir. Elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının qərarları, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarları da yerləşdirilib

"E-qanun” mobil tətbiqi normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar.

Mobil tətbiq günün istənilən saatında məkana bağlı olmadan kiçik cihazlarda normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. “E-qanun” mobil tətbiqi həm “İOS”, həm də “Android” platforması üçün uyğundur. Mobil tətbiq “Google Play” və “Applestore” elektron mağazalarından ödəniş tələb edilmədən yüklənilir və heç bir istifadəçi adı və şifrə tələb olunmadan istifadə edilir. Sadə və asan olmaqla intuitiv formada idarə olunan bu tətbiqdə “E-qanun.az” saytında olan bütün bölmələr və funksiyalar var.

Visiontv.az