Aİ: Rusiyanın keçirdiyi “referendumlar”ı tanımırıq, sanksiyaları gücləndirəcəyik
30.09.2022

Avropa İttifaqı (Aİ) Ukrayna torpaqlarında Rusiya tərəfindən keçirilən saxta referendumları və qeyri-qanuni ilhaqı tanımır və tanımayacaq.

Visiontv.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) yaydığı bəyanatda bildirilib.

“Biz Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən qanunsuz ilhaqını qətiyyətlə rədd edir və birmənalı şəkildə pisləyirik. Qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozmaqla və Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarını, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş əsas prinsiplərini açıq-aşkar pozmaqla, Rusiya qlobal təhlükəsizliyi riskə atır”, - Aİ-nin bəyanatında vurğulanır.

Bəyanatda o da vurğulanır, Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

APA