Ağstafa rayonunun bir hissəsinin qaz təşhizatında fasilə yaranacaq
10.05.2022

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Visiontv.az-a Azəriqaz İB-dən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin  qaz təchizatında fasilə yaranacaq.