Ağalı sakinləri bu torpaqlara yeni nəfəs gətirdi - VİDEO
Videonu Aç
29.07.2022

Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

2022-ci il iyulun 19-da “Ağıllı kənd”ə ilk köç karvanı ilə gəlmiş  Nəbiyevlər ailəsi yaradılan şərait, infrastruktur və doğma kəndlərinə qayıtmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. Ailə başçısı Həbib Nəbiyev Ali Baş Komandan cənab İlham Əliyevə, qüdrətli Azərbaycan ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildirib. O kəndin yenidən və sürətli qurulması üçün müvafiq göstərişlər verən Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkürünü dilə gətirib, hər cür şərait yaradıldığını və bu şəraitdən məmnun qaldıqlarını vurğulayıb. 

Xatırladaq ki, Zəngilan rayonu, Ağalı kənd ərazisində “ağıllı kənd” konsepsiyası çərçivəsində yenidən inşa edilmiş 41 mənzil 19-25 iyul tarixlərində öz keçmiş sahiblərinin ixtiyarına verilib. Doğma yurdlarına həsrət qalmış 201 kənd sakini bu torpaqlara yeni nəfəs gətiriblər. Keçmiş məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıdışı, Ağalıda yaşamla yanaşı, təbiəti də oyadıb. Kənddə yenicə yaşamağa başlayan ailələr öz həyətyanı sahələrində kiçik təsərrüfat işlərinə başlayıblar.

Ötən gün çəkiliş etdiyimiz Ağalı sakinlərini doğma yurda qayıdışın sevinci ilə yanaşı, gördükləri işlərdən də söz açıblar.

Visiontv.az