"Aeroportlarda “ajiotaj” yaşanması məsələsi çox şişirdilib - Peskov
22.09.2022

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra hava limanlarında və sərhəd keçid məntəqələrində yaranan “ajiotaj”la bağlı məlumatlar çox şişirdilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bununla bağlı çoxlu “feyk” məlumatların olduğunu söyləyib: “Hava limanlarında və sərhəd keçid məntəqələrinə hansısa “ajiotaj”ın yaşanması ilə bağlı informasiyalar çox şişirdilib. Bununla bağlı çoxlu “feyk” məlumatlar ortaya çıxır”, – deyə Kremlin sözçüsü vurğulayıb.