Abşeronda ağır QƏZA
10.09.2020

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Abşeronda baş verən qəzada 9 nəfər xəsarət alıb, onlardan 4-nə ambulator yardım göstərilib, digər 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiyaya yerləşdirilib”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, yaralılardan vəziyyəti ağır olan və açıq kəllə-beyin travması alan qadın gecə rəhmətə gedib.

Ambulator yardım göstərilən yaralılardan daha birinin vəziyyəti ağırlaşdığından reanimasiyaya köçürülüb. 3 nəfər ambulator yardım edilərək evə buraxılıb.

R. Əliyeva qeyd edib ki, reanimasiyadakı 5 nəfər bu gün palataya köçürüləcək.