ABŞ yeni Cənubi Qafqaz strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək
ABŞ yeni Cənubi Qafqaz strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək
10.06.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

C. Bayden Ağ Evə gəldikdən sonra adminstrasiyanın Cənubi Qafqazla bağlı siyasəti müəyyənləşməmişdi. D.Tramp presidentliyi regionla bağlı dönəmində boşluqlar yaranmışdır. Bu da müəyyən dərəcədə müsbət nəticələndi. Məhz Qarabağ müharibəsindən sonra , yeni bir nizamın formalaşması, Azərbaycan və Türkiyə tandeminin önə çıxması, bu prosesdə Rusiyanın da regionda aktivliyi Vaşinqtonun regionla bağlı strategiyasında yeni bir dəyişikliyə və aktivliyə yol açdı.

Qeyd edək ki, Rusiyanın Cənubi Qafqazda inkişaf edən siyasi-hərbi planlarına qarşı ABŞ -ın təkbaşına mübarizə aparması xeyli dərəcədə zəifləyib. Məhz Bayden Putin görüşündə Cənubi Qafqazda post-müharibə dövründə cərəyan edən Ermənistan Azərbaycan arasında yaşanan gərginliklər müzakirə edilsə də, tərəflərin regionla bağlı siyasətində diametral fərqlilik qalacaq. Çünki Vaşinqtonun Rusiyanın regionda güclənməsini qəbul etməsi özünün Gürcüstan və Ermənistandakı siyasətinə ciddi zərbə vurur. ABŞ məhz bu məsələdə Türkiyə amilindən istifadə edərək Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasətinə üstünlük verməsi gözlənilir. Belə ki, ABŞ dövlət katibinin köməkçisinin regiona səfəri məhz bu planın tərkib hissəsidir.

ABŞ Türkiyə vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstan siyasətində yeni bir strateji  xətt ortaya qoyması reallaşır. İsveçrədə  C. Bayden və R. T. Ərdoğanın görüşündə bu kontekstdə danışıqlar aparılacağı və razılaşmalar əldə ediləcəyi istisna deyil. Əsasən, cənab Ərdoğanın Şuşaya gəlişi və buradan verəcəyi mesajlar Türkiyənin regional gücünü ortaya qoymuş olacaq və ABŞ -da bu məsələdə onunla həmrəy olacaq. Regionda ciddi dəyişikliklər gözlənilir və baş verənələr  Azərbaycana müsbət perspektivlər vəd edir. Buna baxmayaraq Rusiya Qarabağda öz məsuliyyət zonasında situasiyanı gərginləşdirə, hətta separatcilarin əli ilə atəşkəsi poza bilər.  Bu da Azərbaycan üçün əlavə dividentlər əldə etməsinə gətirib çıxara bilər. Ümumiyyətlə ABŞ regiona Türkiyə vasitəsilə daxil olur. Hazırkı müstəvidə bu Azərbaycanın maraqlarına uyğundur.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq

Visiontv.az