ABŞ ÜST-ə yardımını dayandırdı
15.04.2020

ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hər il verdiyi 500 milyon dollarlıq yardımı dayandırıb.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, o, koronavirus pandemiyasının dünyada yayılmasında ÜST-ün ciddi məsuliyyətinin olduğunu və bu məsələdə ÜST-ün ən başından etibarən hər kəsə səhv məlumat verdiyini söyləyib:

“Təşkilat sanki Çin üçün çalışır. Hər kəs orada nələr baş verdiyini bilir. ABŞ hər il 400-500 milyon dollar yardım edirdi, Çin isə sadəcə 40 milyon dollar verirdi. Ona görə ABŞ-ın verdiyi yardımın dayandırılması barədə göstəriş verdim. Artıq ən təməl vəzifəsini yerinə yetirməyən ÜST bu məsələdə əsas günahkardır”.