ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
27.02.2021

ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Paski deyib. Rusiyaya qarşı əlavə sanksiyalara nə qədər gözləyəcəyik sualına cavabında C.Psaki deyib: "Aylar deyil, həftələr. Bu, fasiləsiz prosesdir".

Mətbuat katibi qeyd edib ki, bu "prosesə" Əfqanıstanda amerikalıların öldürülməsi üçün taliblərə Rusiya nümayəndələri tərəfindən pul ödənilməsi barədə məlumatların, rusiyalı hakerlər tərəfindən ABŞ-ın hökumət müəssisələrinə edilən kiberhücumların öyrənilməsi də daxildir:

"Bir sıra komponentlər mövcuddur".