ABŞ niyə Azərbaycana hərbi dəstək verir, Ermənistana isə məhəl qoymur?
ABŞ niyə Azərbaycana hərbi dəstək verir, Ermənistana isə məhəl qoymur?
21.04.2022 Elbəyi Həsənli Tərəfindən

Ermənistan mətbuatı senator Robert Menendezadan yazır. O, ermənilərin ruporu kimi Amerikada məşhurdur. İkinci xanımı erməni olan Senator Robert Menendeza öz evində Amerika Erməniləri Milli Komitəsinin rəhbərliyini qəbul edib...

Sözlərinin canı odur ki, ABŞ Türkiyəyə silah-sursat verməməlidir. Bir vaxtlar Azərbaycana qarşı ABŞ-ın tətbiq etdiyi 907-cü düzəlişin yenidən qüvvəyə minməsi təmin olunmalıdır. Amerika Artsaxın (Dağlıq Qarabağın) azadlığa qovuşmasını təmin etməlidir...

ABŞ Azərbaycana 164 milyon dollarlıq hərbi yardım edib. Bu isə Ermənistanla Azərbaycan arasında hərbi tarazlığı pozur. Ona görə də ABŞ Azərbaycana hərbi yardımı dayandırmalıdır. Ermənistana və Artsaxa maddi dəstək verməldir...
Bir sözlə, həmişə dedikləri fikirləri yenidən təkrarlayıblar...

Ancaq ABŞ-ın siyasi elitası arasında Ermənistana münasibət birmənalı deyil.Amerika mətbuatı vurğulayır ki, Ermənistanda Rusiyanın iki hərbi bazası var. Dağlıq Qarabağda da Rusiya “sülhməramlı” adı altında erməni separatizmini müdafiə edir...

Senator Robert Menendeza ABŞ-ın Azərbaycana 164 milyon dollar ayırmasına etiraz edir. Deyim ki, Donald Tramp dönəmində Amerika Azərbaycana hər il 100 milyon dollar hərbi yardım edirdi. Ermənistana isə heç bir qəpik də vermirdilər. Bu isə ABŞ-dakı erməni lobbisini cin atına mindirirdi...

Co Baydenin ermənipərst olması kimsəyə sirr deyil. Bədnam 907-ci düzəlişin müəlliflərindən biri də odur. Gördüyünz kimi, onun da administrasiyası ABŞ-ın Azərbaycana ayırdığı hərbi yardımı nəyiki kəsməyib, əksinə ciddi şəkildə artırıb. Ermənistana isə indi də elə bir maddi dəstək verilmir. Çünki ABŞ dəqiq bilir ki, Azərbaycan Rusiyaya qarşıdır, Ermənistan isə Rusiyanın yanındadır...

Elbəyi Həsənli

Visiontv.az