ABŞ nə özünün, nə də Rusiyanın tanımadığı Beynəlxalq Cinayət Məhkəməsi vasitəsi ilə Putini ittiham edir
ABŞ nə özünün, nə də Rusiyanın tanımadığı Beynəlxalq Cinayət Məhkəməsi vasitəsi ilə Putini ittiham edir
18.03.2023 Elbəyi Həsənli Tərəfindən

Vladimir Putin haqqında həbs qərarı barədə danışan Co Bayden deyib ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Rusiya liderinin həbsinə order verilməsi qərarı “əsaslıdır”, Vladimir Putin “açıq-aşkar şəkildə müharibə cinayətləri törədib”...

Heç şübhəsiz ki, Beynəlxalq Cinayət Məhkəməsi məhz ABŞ-ın göstərişi ilə belə bir qərar verib. Əlbəttə, Vladimir Putin cinayətkardır. Özü də təksə Ukrayna müharibəsinə görə yox. Ancaq fakt budur ki, Beynəlxalq Cinayət Məhkəməsi ədalətin müdafiəsi üçün yox, ABŞ başda olmaqla Qərbin maraqlarını həyata keçirmək üçün belə bir qərar verib.

Xatırladım ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaranmasına (2002) ABŞ və Rusiya birgə xeyir-dua vermişdi. 2014-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Krımı işğal etməsinə etiraz etdi. Ən maraqlısı odur ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yaranması ilə bağlı razılaşmanı indiyə qədər də ratifikasiya etməyib, Rusiya isə öz imzasını sözügedən məhkəmənin 2014-cü ildə Krımın ilhaqını tənqid etməsindən sonra geri çəkilib. Fakt budur ki, nə ABŞ, nə də Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır. Ancaq bu, Amerikanı o qədər də narahat etmir...

Ukrayna prezidenti Volodimir Zelenski xalqa gecə müraciətində bunu “tarixi məsuliyyətin başlayacağıçı olan tarixi qərar” adlandırıb: “Terrorçu dövlətin başçısı və digər Rusiya rəsmisi rəsmən hərbi cinayətdə şübhəli bilinib”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson isə "Rusiyanın Ukraynada hərbi cinayətlər və vəhşiliklər törətdiyinə heç bir şübhə yoxdur və biz cavabdehlərin cavab verməli olduğunu açıq şəkildə bildirdik", deyib.

Avropa İttifaqınin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Josep Borrell bildirib ki, verilmiş orderlər “Rusiyanın Ukraynadakı cinayətlərə və vəhşiliklərə görə məsuliyyət daşımasının başlanğıcıdır”.

Gördüyünüz kimi, Amerika nə özünün, nə də Rusiyanın tanımadığı Beynəlxalq Cinayət Məhkəməsi vasitəsi ilə Putini ittiham edir.

Nədən Qərb Beynəlxalq Ədalət Məhkəməsinə (1946) müraciət etmədi? Bu məhkəməni ABŞ da, Rusiyada tanıyır. Səbəb sadədir? Çünki Beynəlxalq Ədalət Məhkəməsi Qərbin nəzarətində deyil. Məsələn, 2014-cü ildə bu məhkəmə Krım məsələsinə görə Rusiyanı ittiham etməyə cəhd göstərib. Ancaq Rusiyanın təmsil edən erməni əsilli Kirill Gevorgian (1953) buna imkan verməyib. Beynəlxalq Ədalət Məhkəməsinin sədri 1957-ci il doğumlu amerikalı xanım Joan Donoghue olsa da, sədrin müavini məhs Rusiya təmsilçisi olan Kirill Gevorgian-dır. Yəni Beynəlxalq Cinayət Məhkəməsindən fərqli olaraq Qərb Beynəlxalq Ədalət Məhkəməsində istədiyini edə bilmir. Ona görə də iş gedib nə ABŞ-ın, nə də Rusiyanın tanıdığı Beynəlxalq Cinayət Məhkəməsinə çıxıb.

Elbəyi Həsənli

visiontv.az