ABŞ-ın koronavirusla bağlı GİZLİ OYUNU —ŞOK İDDİA
14.04.2020

Böyük Britaniyanın bir nömrəli mətbuat orqanı olan "Daily Mail" nəşri, dünyada tüğyan edən koronavirus pandemiyası haqda şok detallar üzə çıxarıb.

VisionTV.az  "Ölkə.Az"-a istinadən xəbər verir ki, virusun ortaya çıxdığı Yunnan vilayətində yerləşən Uhan Virologiya İnstitutunun bölgədəki yarasa mağaralarında uzunmüddətli araşdırmalar apardığı məlum olub.

Qəzetin iddiasına görə, məhz ABŞ hökuməti 3,7 milyonluq vəsaitlə yarasalar üzərində sınaqları maliyyələşdirib. Bu vəsaitin böyük hissəsi ABŞ Milli Sağlamlıq İnstitutları tərəfindən Vuhan Virologiya İnstitutuna köçürülüb.

"Daily Mail" virusun Uhan heyvan bazarından yayılma iddiasını alt üst edəcək məqalələrin davam edəcəyini bildirib.