ABŞ Hindistan və Çinə Putini nüvə hücumunu dayandırmağa çağırıb - Politico
ABŞ Hindistan və Çinə Putini nüvə hücumunu dayandırmağa çağırıb - Politico
29.09.2022 MEDİA Tərəfindən

ABŞ-da fikirləşirlər ki, Putinin nüvə silahından istifadəsinin qarşısını almağın ən təsirli yolu Çin və ABŞ liderlərini Rusiya diktatoruna təsir etməyə inandırmaqdır. Ona görə də Ağ Ev getdikcə bu cür addımlar atmağa başlayıb.

Bu barədə RBC-Ukrayna “Politico” nəşrinə istinadən xəbər verir.

ABŞ və onun müttəfiqləri Putinə aydın mesaj göndərmək üçün beynəlxalq ictimaiyyəti toparlamağa ümid edir: Çünki bu addım hətta Rusiyanın dostlarının reaksiyasına səbəb olacaq.

Xüsusilə, ABŞ prezidenti Co Bayden administrasiyasının daxilində və xaricində Moskva ilə yaxın əlaqələri olan iki böyük dövlət Çin və Hindistanı Putinə təzyiqi artırmağa cəlb etmək çağırışları artır.

"Onlar Putinə nüvə silahındanı istifadənin necə fəlakətli ideya olacağını deyə bilərlər. Onlar bunu etməlidirlər. Ümid edirəm ki, edəcəklər", - ABŞ-ın nüvə silahının yayılmaması üzrə rəsmisi deyib.

O, həmçinin qeyd edib ki, amerikalı diplomatlar həm regional dostlara, həm də Rusiyanın düşmənlərinə Putinə təzyiq etmək üçün təsir ediblər.

“Hind-Sakit okean regionu ölkələri - müttəfiqlər, tərəfdaşlar və ya digərləri ilə bir sıra söhbətlərdə biz Ukraynada nüvə silahının tətbiqinə qarşı yekdilliklə çıxış etməyin vacibliyini qeyd etdik”, - deyə rəsmi bildirib.

Nəşr yazır ki, ABŞ rəsmiləri Çin lideri Si Tszinpin və Hindistanın baş naziri Narendra Modini Putinin fikrini dəyişmək üçün ən perspektivli yollardan biri hesab edirlər. Çünki guya onların diktatora əhəmiyyətli təsirləri var.

visiontv.az