ABŞ-da nümayişçi maşını polis və əsgərlərin üzərinə sürdü
03.06.2020

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis zorakılığı zamanı öldürülməsindən sonra başlayan etirazlar kütləvi iğtişaşlar və zorakılıq elementləri ilə əhatə olunub.

Visiontv.az xəbər verir ki, Nyu-York ştatının Buffalo şəhərindəki komendant saatı zamanı polis və əsgərlər Beyli bulvarı və Decker küçəsindəki etirazlara müdaxilə edib.

Bu zaman sükan arxasında olan nümayişçilərdən biri avtomobili polis və əsgərlərin üzərinə sürüb. Hadisə zamanı 1 milli mühafizəçi və 2 polis məmuru yaralanıb.

Polis əməkdaşları avtomobili arxadan atəş açaraq dayandırıblar.