ABŞ, Böyük Britaniya və SSRİ-dən sonra Əfqanıstandan məğlubiyyətlə çıxan növbəti super dövlət olacaq
ABŞ, Böyük Britaniya və SSRİ-dən sonra Əfqanıstandan məğlubiyyətlə çıxan növbəti super dövlət olacaq
07.05.2021 Kənan Rövşənoğlu Tərəfindən

ABŞ Əfqanıstandakı qüvvələrini çıxarmaq üçün bu ölkəyə B-52 və F-18 hərbi təyyarələrinin də daxil olduğu əlavə qüvvələr göndərib. Bu qüvvələr Əfqanıstandakı ABŞ qüvvələrinin sağ-salamat çıxarılmasını təmin edəcək. Bu il sentyabrın 11-dək ABŞ qüvvələri tamamilə (az sayda təlimatçılar istisna olmaqla) Əfqanıstanı tərk edəcək. Bununla da 20 il davam edən ABŞ tarixinin ən uzun müharibəsi rəsmən başa çatmış olacaq. Ancaq uğursuzluqla.

ABŞ faktiki olaraq Talibanı məhv edə bilmədi. İndi də Əfqanıstanı 22 il əvvəl SSRİ-nin etdiyi kimi, güclü Talibana buraxıb çıxır. Artıq Taliban bu hadisəni qələbə olaraq elan edib.

Bununla da ABŞ 19-20-ci əsrlərdə Böyük Britaniya (ingilislər Əfqanıstana qarşı 3 dəfə müxtəlif illərdə böyük miqyaslı hücum ediblər), 1979-89-cu illərdə SSRi-dən sonra Əfqanıstandan nəticəsiz, yəni başqa sözlə, məğlubiyyətlə çıxan super dövlət olacaq. Əfqanıstan mistik ölkədir. Bura hücum edən ölkələr uğur qazana bilmir, əksinə daha da zəifləyirlər. Hər əsrdə bri superdövlət Əfqanıstana uğursuz hücum edib.

ABŞ-ın Əfqanıstandan tam çıxıb-çıxmayacağını demək çətindir. Ola bilsin generallar dirənib bir qədər ordu saxladılar Əfqanıstanda. Amma bu, ümumi nəticəyə təsir etməyəcək.

Kənan Rövşənoğlu