“ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başladı
23.01.2020

“ABAD” publik hüquqi şəxsin layihəsi olan “Good Food by ABAD”a məxsus orijinal “food truck”-lardan (təkərli qoşqu) biri də “Şahdağ Qış-Yay Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayıb. Dağ-xizək kurortunda kanatla zirvəyə qalxmış qonaqlar üçün dönər, burger, şaurma, çörəkarası balıq kimi qida məhsulları, alkoqolsuz soyuq və isti içkilər təklif olunur.

Visiontv.az-ın verdiyi xəbərə görə, beləliklə, “Şahdağ Qış-Yay Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayan “food truck”-la birgə “ABAD” “food truck”-larının sayı 6-ya çatıb. Hazırda olanlar aşağıdakı məntəqələr qarşısında öz fəaliyyətini həyata keçirir:

–          N.Nərimanov metrostansiya çıxışı;

–          “Gənclik Mall” TM;

–          Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi;

–          Beşbarmaq dağı;

–          Masallı “ASAN Həyat” Kompleksi;

–          Şahdağ Qış-Yay Turizm Mərkəzi.

Qeyd edək ki, “food truck”-larda təklif olunan qida növlərinin hazırlanmasında ABADçı ailələr tərəfindən istehsal olunan təbii və keyfiyyətli məhsulların istifadəsinə önəm verilir.