AB Gürcüstan və Ukraynaya göstərdiyi dəstəyin yarısını bizə göstərsə... - Çavuşoğlu
03.03.2021

“Avropa Birliyi tərəfindən səmimiyyət və siyasi iradə görmək istəyirik”.

Visiontv.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu mətbuat konfransında Türkiyə ilə AB arasında viza rejiminin ləğvi ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.

““Təəssüf ki, verilmiş siyasi qərarlarla müzakirə prosesi sadəcə yavaşladılmadı, son zamanlarda dayandırıldı. Sərbəst viza ilə bağlı 4-5 kriteriya qaldı, amma bu kriteriyalarda çox önəmli məsafə qət etdik. Əgər AB Gürcüstan və Ukraynaya göstərdiyi dəstəyin yarısını bizə göstərsə bu gün sərbəst viza rejiminə başlaya bilərik. Biz sadəcə bunlar üçün deyil, Ankara kriteriyalarını da nəzərə alaraq bu reformları davam etdirəcəyik”, - deyə M.Çavuşoğlu əlavə edib.