Şəhid və qazi ailəsinin üzvü olan 87 nəfər təhsil müəssisələrinə işə qəbul olunub. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, fevral ayında Təhsil Nazirliyi şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının 87 nəfər ailə üzvünü işlə təmin edib.