8103-ə göndərilən məzmunsuz SMS-lərin sayı azalıb
05.05.2020

Evdən çıxmaq üçün icazənin alındığı 8103 qısa nömrəsinə göndərilən mesajların sayında azalma müşahidə olunur.

Visiontv.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, buna səbəbin rayonlarda ləğv olunan məhdudiyyətlərin bəzən SMS-lə icazənin hələ də qüvvədə qaldığı şəhər və rayon sakinləri tərəfindən yanlış anlaşılmasıdır.

Niftəliyev bildirib ki, bu günə kimi “8103” qısa nömrəsinə 27 milyon 577 min SMS göndərilib:

“Əvvəlki günlərdən fərqli olaraq, bunlardan cəmi 23 faizi məzmunsuz SMS-lərdir. Bu da onu göstərir ki, insanlar həmin sistemə alışıb. Eyni zamanda, bu günlərdə əməkdaşlar üçün alınan icazələrin sayı da artıb”. Bakıdakı mənzərəyə görə isə demək olar ki, vətəndaşların əksəriyyəti rayonlarda ləğv olunan məhdudiyyətlərin onlara da şamil olunduğunu düşünür.

BAKU.WS