75 yaşlı Ajda Pekkan yeni görünüşü ilə təəccübləndirdi
03.01.2022

Türkiyəli müğənni Ajda Pekkan xarici görünüşündə dəyişiklik edib.

Visiontv.az xəbər verir ki, pandemiyadan sonra səhnəyə çıxan ifaçı imicində tamamilə yenilik edib. O, ağ saçlarını sarı rəngə boyatdıraraq uzatdırıb.

75 yaşlı Ajda qlamur tərzini çəhrayı kostyumla tamamlayıb. 

Yeni il gecəsi Türkiyədə məkanlardan birində çıxış edən sənətçinin xarici görünüşü hər kəsi heyrətləndirib.

Sevənləri onu müğənni Gülşən, Emel Sayın, Seda Sayana, o cümlədən model Çağla Şıkel və Barbi gəlinciyinə bənzədiblər.