7 gün əvvəl istifadəyə verilən metroda PROBLEM - Sərnişinlər təlaşa düşdü (VİDEO)
19.09.2019

Bu gün Bakı metrosundakı eskalatorda nasazlıq yaşanıb.

VisionTV.az unikal.org-a istinadən xəbər verir ki, yeni təmir olunan Xətai stansiyasında hərəkətdə olan eskalator anidən dayanıb. Hələlik səbəbi müəyyən olunmayan hadisə zamanı eskalatorda olan sərnişinlər arasında ciddi təlaş yaranıb. Sərnişinlər pilləkənləri piyada qalxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası 12 sentyabrda təmirdən sonra istifadəyə verilib.