64 yaşında əkiz doğan qadının uşaqları əlindən alınıb - FOTO
04.03.2021

İspaniyada 64 yaşında ikən əkiz uşaq dünyaya gətirən qadının övladları əlindən alınaraq himayəçi ailəyə verilib. “Haber Global”ın məlumatına görə, əkizlər hələ 2017-ci ildə dünyaya gəliblər.

Anaları Maurisia İbanesin yaşlı olması səbəbindən sosial xidmətlər departamenti körpələrin yetərincə qayğı ilə əhatə olunacağını şübhə altına alıb. Onun dayə tutması da məmurları fikirlərindən daşındırmayıb.

Yaşlı anaya qarşı başlanan məhkəmə işi dörd il çəkib. Nəticədə, İbanesin əkizlərinin ondan alınaraq himayəçi ailəyə verilməsi qərara alınıb.