6 aydan sonra təkrar peyvənd lazımdırmı? - TƏBİB-dən açıqlama
19.06.2021

“6 aydan sonra koronavirus əleyhinə təkrar vaksinin vurulması ilə bağlı hələ ki, bir qərar yoxdur”. Bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, bu sualın cavabı 3-cü rübün sonuna yaxın, klinik çalışmaların nəticəsi açıqlandıqdan sonra bəlli olacaq: “Bu gün üçün belə bir qərar yoxdur”.