STATUS: 50-100 manat nədir ki, bir-birinizə halal eləyin getsin – şair Yafəs Türksəs
03.07.2020

Padşahın oglu, vəzirin qızını alanda, 40 gün toy olurdu. Sonra bu adət geniş vüsət aldı.

Xan, bəy də toy elədi. Daha sonralar digər varlılar, mənsəblilər də toy eləməyə başladı. Sovet hökuməti hamını bərabər elan edəndən sonra, ucdantutma hamı toy etməyə başladı. Sonra Şadlıq Sarayları tikildi, varlı, kasıb ucdantutma bu saraylarda toy etməyə başladılar. Çünkü toy üçün bütün xərclər iştirakçıların pulunun hesabına ödənilirdi. Beləcə hamının hamıya toyda iştirak etmək borcu yarandı. İndi hamı istəyir ona toyda iştirak etmək borcu olandan borcunu alsın.

Axı arada bu yazıq gənclər əziyyət çəkir. Karantin bitəndən sonra 4-5 ay da Şadlıq Sarayı növbəsinə duracaqlar. Hələ bu pandemiyanın bitib bitməyəcəyi sual altındadır.

Ay millət, 50-100 manat nədir ki, bir-birinizə halal eləyin getsin. Hələ yeyib-içməyiniz də bunun içindəykən.

İmkan verin evlənəcək gənclər qovuşsun. Nigah masasında yaxın olanlar xeyir dua versə yetər.

Haydı gənclər, bu qocalardan yaxanızı qurtarın, gedin qovuşun, mutlu olun. Mən qoca olsam da, siz gənclərin tərəfindəyəm.
 Dünyaya yeni gözlə baxmaga çalışın.

Visiontv.az