5 noyabr - bürc proqnozu
05.11.2020

Visiontv.az 5 noyabra olan bürc proqnozunu təqdim edir.

Qoç
Günün hadisələri sizi sevindirəcək. Bürcün bəzi nümayəndələri “şəxsi həyatımda dəyişiklik etmək pis olmazdı” fikrinə düşəcəklər. Nəyi dəyişdirmək istədiyinizi isə heç özünüz də bilmirsiniz. Gün qeyri-adi və maraqlı məşğuliyyət üçün yararlıdır. Günün maliyyə mənzərəsinə gəlincə, pul lazım olduğu qədər olacaq, artıq gözləməyin. Ulduzlar bildirir ki, yaxın zamanlarda maddi vəziyyətinizi yaxşılaşdıracaqsınız.

Buğa
Yaxşı olar ki, ənənələrə sadiq qalasınız. Əgər bu günə kimi yarınızı tapmamısınızsa, onda bunu bu gün etməyə tələsməyin. Çünki macəra axtaranların tələsinə düşmək ehtimalı var. Xüsusilə də günün ortalarında hisslərinizi cilovlamalısınız. Bu gün pulunuza da qənaət edin.

Əkizlər
Bu gün vacib informasiya əldə edəcəksiniz. Bütün işləri kənara qoyaraq istirahət etmək istəyəcəksiniz. Ulduzlar ən az vacib işləri reallaşdırmağı tövsiyə edir. Daha sonra isə özünüzə və sevdiklərinizə xoş anlar yaşadın. Gün ümumi və xoş rahatlıq baxımından dəyərlidir.

Xərçəng
Bu gün xoşagəlməz hallar başınıza gələ bilər, zədələnmə ehtimalı da istisna deyil. Gün şəxsi məsələlərlə bağlı hadisələrlə yadda qalacaq. Bürcün tənha nümayəndələrinin ətraflarına nəzər salmaları məsləhətdir. Çünki yaxşı tanışlar arasında diqqət və məhəbbətə layiq biri var.

Şir
Bu gün sizdən yalnız daxili sakitliyinizi tarazlayaraq gərginliyinizi ətrafdakılara bildirməmək tələb olunur. Xüsusilə də bu sevdiyiniz adamla münasibətlərdə əhəmiyyət kəsb edəcək. Gələcəyə planların pozulacağı qoxusu ilə deyil, nikbin baxa bilərsiniz. Nəyəsə nail olmaq istəyirsinizsə, onda tələsin.

Qız
Ailədə fikir ayrılığı, mübahisə yaşana bilər. Bunun gələcəklə bağlı planların müzakirəsində yaşanacağı gözlənilir. Narahat olmayın, kompromissə gəlmək asan olacaq.Yeni həmkarlarla əməkdaşlığa başlaya bilərsiniz. Gün romantik görüş üçün də əlverişlidir.

Tərəzi
Dərhal nəticəsini ala bilməyəcəyiniz işlərlə məşğul olacaqsınız. Bu səbəbdən səbirli olun. Xırda alış-veriş üçün uğursuz gündür. Ancaq gün uzunmüddətli kredit götürmək üçün əlverişli hesab edilir. Yer dəyişimi sizə xoş təsir bağışlayacaq.

Əqrəb
Ulduzlar bildirir ki, çox cəld hərəkət etmək lazımdır. Çətin işlərdən qorxmayın, onların öhdəsindən yaxşı gələcəksiniz. Əhatənizdə elə adamlar toplaşıb ki, onlarla sevincinizi və kədərinizi paylaşa bilərsiniz. Yetər ki, siz onlardan yardım diləyəsiniz, onlar kömək əllərini uzatmağa hazırdırlar.

Oxatan
Birinci dərəcəli məsələləri ikinci dərəcəlidən ayırd etmək asan olmayacaq. Ətrafınıza nəzər yetirin. Çünki başınız öz işlərinizə qarışıb və nəticədə rəğbət bəslədiyiniz adamla münasibətləri itirmək təhlükəsilə üzləşmisiniz. Şəhərdən kənar gəzinti üçün münasib gündür. Yeni tanışların evinə də qonaq getmək olar.

Oğlaq
Başladığınız işləri tamamlaya biləcəksiniz. Danışıqlar aparmaq üçün günün ikinci yarısı münasibdir. Hisslərinizə aldanmayın. Gözlədiyinizdən də əla nəticə alınacaq. Ətrafdakılar sizdən mülayim, xoş sözlər gözləyirlər. Bunu onlardan əsirgəməyin. Romantik münasibətə gəlincə, qısqanclıq və ya təlaşlanmaq üçün heç bir zəmin olmayacaq.

Dolça
Əgər bu gün səyahətə çıxsanız, yadda qalan təəssüratla qayıdacaqsınız. Vacibliyindən asılı olmayaraq, hansısa problemi özünüzə dərd etməyin. Yaxşı olar ki, həyat təcrübəsi sizdən çox olanlardan məsləhət alasınız. Ulduzlar bildirir ki, bürcün tənha mənsublarının yarları yanlarında gəzir, onlar isə bundan xəbərsizdirlər.

Balıqlar
Əvvəlcə yaxşı düşünün, sonra ətraflı plan qurun. Bir zamanlar həyatınızda vacib rol oynamış şəxslərlə ünsiyyət baxımından əlverişli gündür. Yaxşı olar ki, maliyyə çətinliyi yaşadığınız zamanlarda dostlardan yardım istəyəsiniz. Onlar sizə borc verməklə yanaşı, pul qazanmağın yollarını da öyrədəcəklər.