4 ölkə arasında yeni nəqliyyat dəhlizi yaradılacaq-İlham Əliyevin Ukraynaya səfərinin nəticəsi
14.01.2022

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Visiontv.az Mia.az-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan dövlət başçısı bəyanatla çıxış edib

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Prezident İlham Əliyevlə görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması məsələsi qaldırılıb”.

Bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub.

V.Zelenski qeyd edib ki, Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb.

Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir.

V.Zelenski qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.

Ukrayna Prezidenti həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib.