4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür
4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür
04.10.2022 MEDİA Tərəfindən

4 oktyabr tarixi təsadüfi olaraq seçilməyib. Bu gün heyvanların müdafiəsinə qalxan liderlərdən biri Mahatma Qandinin ad günüdür.

Tarixdə bu gün - 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub. Bundan əlavə, oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu hesab edilən İtaliyanın Assasiya əyaləti sakini Françeskonun vəfat etdiyi günə görə təyin olunub.

Bu gün dünyanın bir çox ölkəsində müxtəlif tədbir, aksiya, kampaniyalarla qeyd edilir.

Dünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, hər saatda Yer üzündə üç növ heyvan yox olur. Planetimiz hər gün 70 növ flora və faunasını itirir. Yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddəbirinin yox olacağı gözlənilir. Son dörddəbir əsr ərzində isə Yer kürəsinin bioloji müxtəlifliyinin üçdəbiri məhv olub.

Gərək hamılıqla hər gün təbiəti sevərək qoruyaq, qoruyaraq sevək!

Visiontv.az