4 fevral-bürc proqnozu
04.02.2020

Visiontv.az 4 fevrala olan bürc proqnozunu təqdim edir.

Qoç
Qarderobunuzda dəyişiklik etmək olar. Bundan xüsusi zövq alacaqsınız. Əks cinsin mənsublarını cəlb edəcəksiniz. Artıq problemlər yaşanmasın deyə, münasibətləri süzgəcdən keçirin.

Buğa
Işdə çətinliklər olacaq. Işdə son günlər ağırlıq sizin çiyinlərinizdədir. Səhhətinizə qarşı diqqətli olun ki, yorğunluq sizə baha başa gəlməsin. Təəssüf ki, zəhmətinizin bəhrəsini görmürsünüz.

Əkizlər
Qənaətcil olun. Hər bəyəndiyiniz əşyaya pul xərcləməyin. Evdə səliqəlik yaratmaq üçün münasib zamandır. Axşam saatlarında ailə üzvlərinizlə birlikdə gəzintiyə çıxın. Bunun həm sizə faydası var, həm də yaxınlarınız sevinəcək.

Xərçəng
Pozitiv enerjidən səmərəli istifadə edin. Gümrah olacaqsınız. Yeni təklifləri analiz edin. Münasib olanına “bəli” cavabı vermək olar. Yeniliklər həyatınızı dəyişəcək.

Şir
Işlər qaydasında olacaq. Hamı ilə xoş ünsiyyət qurmaq imkanı yaranacaq. Hətta zəhlətökən adamlarla belə dil tapacaqsınız. Maraqlarınız üçün fürsətdən bəhrələnin.

Qız
Təhsil, yeni informasiya qəbulu baxımından əlverişli gündür. Qarşınızda yeni imkanlar açılacaq. Ilk fürsəti dəyərləndirməyi bacarın. Sonra gec olar. Perspektivli gündür.

Tərəzi
Soyuq havalarda geyiminizə diqqət yetirin, xəstələnmək ehtimalı var. Bir sıraçətinlikləriniz ola bilər. Ancaq bunlar keçici olacaq.

Əqrəb
Yaxınlarınız sizdən küsəcəyi istisna deyil. Yaxşı olar ki, son günlər qayğıdan məhrum olan yaxın ətrafınıza qarşı diqqətli olasınız.

Oxatan
Qonağınız olacaq. Bundan məmnun olmayacaqsınız. Başınızın şəxsi problemlərə qarışdığı bir zamanda kiminləsə rahat şəkildə ünsiyyət qurmaq sizə görə deyil. Yaxşı olar ki, səbirli olasınız. Çünki sizə təşrif buyuran adamdan zərər görməyəcəksiniz.

Oğlaq
Son günlər qaçhaqaçdasınız. Bir işi tamamlayan kimi digər problem qapınızı döyür. Təmkinlə hərəkət etsəniz hamısının öhdəsindən gələ bilərsiniz.

Dolça
Bu gün sizdən inciyən ən yaxın adamla barışa bilərsiniz. Ulduzlar qarşı tərəfdən xoş sozü əsirgəməməyə səsləyir. Bu mövzuda qürura çox önəm verməklə ailədə artıq problemlər yaradırsınız.

Balıqlar
Bürcün ailəli nümayəndələri övladlarının təhsilinə diqqət yetirməlidirlər. Son günlər ailədə diqqətsizlik üzündən bir sıra xoşagəlməyən hallar yaşanır. Bunun qarşısını vaxtında almağa çalışın.