Aprelin 4-dü havanən yağmursuz olacağı gözlənilir
Aprelin 4-dü havanən yağmursuz olacağı gözlənilir
Vision TV -nin məlumatına görə, 4 aprel havanın yağmursuz və dəyişkən buludlu olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Səhər bəzi yerlərdə zəif duman olacaq.
Abşeron yarımadasında havanın temperaturu gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi rayonlarrda arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.Ayrı-ayrı yerlərdə gecə və səhər duman olacaq.
Gecə havanın temperaturu 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.