30.07.2019 Bürclər sizə nələr vəd edir?
30.07.2019

Qoç
Gün dəyişikliklər vəd edir. Yeni həmfikir qazanmaq şansı var. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin. Bunun üçün ilk növbədə qida rasionunuzu nəzarətdə saxlayın.

Buğa
Mövqelərinizi möhkəmlədin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Yaxın gələcəkdə faydalı əlaqələrin sayını artırın. Ulduzlara səhhətinizə fikir verməyi məsləhət bilir.

Əkizlər
Əlavə işlər görmək mümkündür. Ünsiyyət çevrənizi genişləndirin. Günün ikinci yarısında dostlarla görüş ola bilər. Alış-veriş etmək üçün münasib gündür. Axşam saatlarında evdə istirahət edin.

Xərçəng
Işdə gərginlikdən qurtulmaq mümkün deyil. Problemli situasiyanın həlli üçün təzyiqlərə müqavimət göstərin. Soyuqqanlı, səbrli və təmkinli olun.

Şir
Uzaq qohumla söhbət gözlənilir. Söhbət zamanı qarşı tərəfi sonadək dinləyin, kəmhövsələ olmayın. Yaxşı bacardığınız işi görün. Öhdəsindən gələ bilmədiyiniz işə girişməyin.

Qız
Əməkdaşlıqda dürüst olun. Ulduzlar sadəliyi itirməməyə çağırır. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.

Tərəzi
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı olacaq. Görüş və danışıqlar üçün sərfəli gündür. Alış-veriş üçün uğurlu vaxtdır. Axşam saatlarını xoş məclisdə keçirin.

Əqrəb
Gördüyünüz işləri sona çatdırın. Yaxşı olar ki, əlavə işlərlə özünüzü yormayasınız. Boş vaxtınızı istirahətə sərf edin. Axşam saatları aktiv istirahətüçün münasibdir.

Oxatan
Tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Yaradıcı işlər üçün sərfəli gündür. Günün ikinci yarısında əsas problemin həlli yolunu tapacaqsınız.

Oğlaq
Yaxşı olar ki, bir işi yarımçıq qoyaraq başqasına başlamayasınız. Günün ikinci yarısında sərfəli məqamlardan istifadə etmək lazımdır. Ailə üzvləri ilə mübahisə etməyin, sərfəli məsləhətlərin faydasını görəcəksiniz.

Dolça
Günün ikinci yarısında harada səhv buraxdığınızı anlayacaqsınız. Məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Dəyişikliklər müsbət nəticələrini verəcək.

Balıqlar
Düşünülmüş addım atın, tələsməyin. Gözlənilməz görüş mümkündür. Əlavə işdən boyun qaçırmayın. Uzaqdan xəbərlər gözlənilir. Ailə qarşısındakı öhdəlikləri yerinə yetirin.