300 məktəbdə şagird davranış qaydaları tətbiq ediləcək
25.11.2022

”Şagird davranış qaydaları ilə bağlı 100-dən artıq rəy qəbul olunub”.

Visiontv.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər rəyləri yekunlaşdırıb tədris ilinin ikinci yarımilindən 300 məktəbdə pilot qaydada tətbiq edəcəklər:

“Daha sonra həmin qaydaları təkmilləşdirib növbəti tədris ilindən bütün məktəblərdə tətbiq edəcəyik. Hazırda qaydalar müzakirə mərhələsindədir”.

APA