3 dəqiqədə 1 “Togg”: Hədəf 1 milyon istehsal
Videonu Aç
3 dəqiqədə 1 “Togg”: Hədəf 1 milyon istehsal
25.11.2022 MEDİA Tərəfindən

Türkiyənin yerli “Togg” avtomobilinin Bursa şəhərindəki fabrikinin gövdə, montaj və boya sexi bölmələri mətbuat mənsublarına təqdim edilib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, hər 3 dəqiqədən bir 1 avtomobil istehsal etmək gücündə olan fabrikdə 2030-cu ilin sonuna qədər 1 milyon avtomobil istehsalı hədəflənir.

Bursanın Gemlik səmtində 1,2 milyon kvadratmetr sahədə inşa edilən, ən son texnologiya ilə təchiz edilmiş və hər 3 dəqiqədən bir nəqliyyat vasitəsi istehsal etmək gücündə olan fabrikin kuzov, montaj və boya sexi bölmələri, mətbuat mənsublarına təqdim olunub.
Jurnalistlər “ağıllı cihaz” olaraq xarakterizə edilən “C” seqmentində “SUV Togg”un istehsal mərhələsinin şahidi olublar.

Grafik: Şeyma Özkaynak

İlahə Əliyeva