27 may hərbi çevrilişində qəbul olunan qərarları əsassız edən qanun TBMM təqdim edilib- Prof. Dr. Mustafa Şentop
13.06.2020

1960-cı ildə 27 may hərbi çevrilişinin qondarma məhkəməsində verilən qərarları əsassız edən qanun təklifimiz Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Millî iradəyə söykənən bir ənənənin ilk halqası olan bu təklif bütün çevrilişlərdən ziyan görən millətimiz üçün xeyirli olmasını diləyirəm.

Qeyd edək ki, 27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilədir.

Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbiçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235 general və təxminən 3500-ə yaxın aşağı rütbəli hərbiçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi və 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbiçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür.

Visiontv.az