23 oktyabr - bürc proqnozu
23.10.2020

Visiontv.az 23 oktyabra olan bürc proqnozunu təqdim edir.

Qoç
Günün birinci yarısı sizin üçün sınaq olacaq. Nəticədə xoşagəlməz sürprizlərlə qarşılaşacaqsınız. Pozitiv tendensiyalar yaşanacaq. Buna baxmayaraq yığılıb qalan problemlərin öhdəsindən gələcəksiniz. Qohumlarla ünsiyyət pozitiv enerji verəcək.

Buğa
Təklikdə öhdəsindən gələ bilməyəcəyiniz işə girişməmişdən əvvəl gücünüzü düzgün qiymətləndirin. Dost və qohumlarla aranızda fikir ayrılığına baxmayaraq, yaxşı münasibəti qoruyub saxlaya biləcəksiniz. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıq gözləyir.

Əkizlər
Çox çalışsanız, istədiyinizə nail ola bilərsiniz. Aktual problemin həllində sizə kömək edən olmayacaq. Bu səbəbdən isə qanınız qaralmayacaq. Bu gün yaşanacaq mübahisələrdən də narahat olmağa dəyməz, çünki keçib gedən olaylardan biri olacaq.

Xərçəng
Uğurlu gündür. Yeni ideyalarınız olacaq. Onları həyata keçirməyə qohumlar və dostlar yardım edəcək. Səyahətə çıxmaq üçün uğurlu gündür. Gün ailəvi istirahət üçün də münasibdir. Günün ikinci yarısında ailədə xırda fikir ayrılığı yaşanacaq.

Şir
Xırda məsələlərə çox qapılmayın. Ünsiyyət üçün münasib gündür. Çətin məsələlərin müzakirəsi sakit keçəcək. Səyahətlər xoş təəssüratlar yaradacaq. Ancaq yolda diqqətli olmağınız tələb olunur. Xırda, ancaq qiymətli olan əşyanı itirəcəyiniz də gözlənilir.

Qız
Gün ciddi problemlər gətirməsə də yaddaşınızda uğursuz gün kimi qalacaq. Qərar çıxarmağa tələsməyin. Çünki bu gün şəraiti düzgün qiymətləndirə bilməyəcəksiniz. Eyni zamanda kimə etibar etmək olar, kimə yox mövzusunda da dolaşığa düşəcəksiniz. Sənədləmə, hesablama işləri ilə məşğul olmayın.

Tərəzi
Inadkarlığınız sizi istədiyinizə çatdıracaq. Söhbət ətrafdakıların düşüncəsilə mümkün olmayandan gedərsə belə siz buna nail olacaqsınız. Çoxdankı arzular reallaşacaq. Yer dəyişimi səfər üçün əlverişli gündür. Səyahətdə maraqlı tanışlıq ola bilər.

Əqrəb
Ciddi işlərdə uğur gözlənilmir. Maliyyə məsələlərinin həlli ehtiyatlıq tələb edir. Çünki yalanın qurbanı olmaq və ya pul itirmək riski var. Yaxşı olar ki, böyük məbləğli alış-veriş etməyəsiniz. Gəzinti üçün əlverişli gündür. Idmanla məşğuliyyət əhvalınızı yüksəldə bilər.

Oxatan
Günün birinci yarısı yeni ideyanın yaranmasıyla yadda qalacaq. Bürcün bəzi nümayəndələri həyatlarını yaxşılığa doğru dəyişmək üçün hərəkətə keçəcəklər. Təmir işlərinə başlamaq olar. Günün ikinci yarısı elə də uğurlu olmayacaq.

Oğlaq
Qeyri-sabit gündür. Neqativ tendensiyalar güclü olacaq. Yaxşı olar ki, tələskənliyə yol verməyəsiniz. Daxili səsiniz nə vaxt hərəkətə keçməyin lazım gəldiyini bildirəcək. Təhsil üçün uğurlu gündür. Aldığınız biliyin faydasını görəcəksiniz.

Dolça
Əhatənizdə olan şəxslər sizdən yardım gözləyir. Bu səbəbdən öz işlərinizdən çox başqalarının işləri ilə məşğul olacaqsınız. Ulduzlar bildirir ki, bu vəziyyət məqsədinizə çatmağa heç də mane olmayacaq. Günün maliyyə mənzərəsi yaxşı olacaq. Alış-veriş aparmaq olar.

Balıqlar
Uğurlu gündür. Yeni işlərdən həvəslə yapışırsınız və onların öhdəsindən də yaxşı gələcəksiniz. Təmir, alış-veriş üçün əlverişli gündür. Ulduzlar bildirir ki, bu gün başlayacağınız sevgi romanı çox sürpriz bəxş edəcək.